Əsas məzmuna keç

Baş İdarə əməliyyat keçirdi: 43 kq narkotik dövriyyədən çıxarıldı

Baş İdarə əməliyyat keçirdi: 43 kq narkotik dövriyyədən çıxarıldı

DİN-in Astara və Qaradağdakı tədbiri ilə Əli Məmmədov və tərəfdaşları ifşa olundu. İrandan gətirilən marixuana ilə bağlı saxlanılanların şok keçmişi üzə çıxdı.

en ru

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 43 kiloqram qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə məlumat “Operativ Məlumat Mərkəzi-OMM”-ə nazirlikdən verilib.

Bildirilib ki, Astara və Qaradağ rayonlarında keçirilən xüsusi tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə və oğurluq cinayətlərinə görə məhkum olunan Əli , Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Baxış zamanı onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf ediblər. Onlar narkotikləri sərhədyanı rayonlardan qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Hazırda faktla bağlı başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…