Operativ Məlumat Mərkəzi

Banqladeşdə qatar qəzasında 17 nəfər ölüb, onlarla insan yaralanıb

1 dəq
Paylaş:
Banqladeşdə qatar qəzasında 17 nəfər ölüb, onlarla insan yaralanıb
bu barədə yerli “Dhaka Tribune” nəşri yazıb. Məlumata əsasən, Banqladeşin şimal-şərqində sərnişin qatarı ilə yük qatarı toqquşub. Yaralananların sayı...

Banqladeşdə sərnişin və yük qatarları toqquşub, 17 nəfər ölüb, onlarla insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Dhaka Tribune” nəşri yazıb.

Məlumata əsasən, Banqladeşin şimal-şərqində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Yaralananların sayı dəqiqləşdirilməyib. Hələ də qatarların altında qalanların olduğu bildirilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər