Bakıda özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın külli miqdarda vəsaitini talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxs naməlum nömrədən zəng edərək vətəndaşı "karta müdaxilə olunduğuna" inandırıb. Kart məlumatlarını qarşı tərəfə göndərən zərərçəkənin bu yolla 13 min manat vəsaiti ələ keçirilib.
Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.