Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda dərslər distant olacaq: WUF13 ilə bağlı rəsmi əmr

2 dəq
Paylaş:
Bakıda dərslər distant olacaq: WUF13 ilə bağlı rəsmi əmr

Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə (17-22 may) Bakı şəhərində bəzi təhsil müəssisələri formada fəaliyyət göstərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, sözügedən dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.

Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.

Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.

Eyni zamanda Bakı şəhərində peşə, orta ixtisas və müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax