Bakıda 32 və 120 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Bildirilib ki, sabahdan etibarən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəsi ilə təşkil ediləcək.
Qeyd olunub ki, Kövkəb Səfərəliyeva küçəsində müşahidə olunan nəqliyyat sıxlığı 32 və 120 nömrəli marşrutlar üzrə avtobuslararası intervalın artmasına səbəb olur. Yeni sxem avtobusların gecikməsinin qarşısını alacaq və marşrutların nizamlı fəaliyyətini təmin edəcək.