Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

2 dəq
Paylaş:
Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Paytaxtda 6 müntəzəm marşrutun hərəkəti küçələrlə təşkil olunur.

Yerüstü Agentliyindən (AYNA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Avqustun 7-10-da 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə sxem üzrə təşkil olunacaq. Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud hərəkət sxemi üzrə hərəkət edəcək.

14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax