Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Təcili: Keşlədə kollektorun daşması ilə bağlı tədbir görülür

2 dəq
Paylaş:
Təcili: Keşlədə kollektorun daşması ilə bağlı tədbir görülür

Bakının Keşlə qəsəbəsində intensiv yağışlar səbəbindən baş verən kollektor daşmasının fəsadları sürətlə aradan qaldırılır. Aprelin 5-i və 6-da yağan güclü yağışlardan sonra zərər çəkmiş infrastrukturun bərpası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.

Xatırladılıb ki, Bakı dairəvi kollektorunda suyun kəskin artması və qəsəbənin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ciddi yaranmışdı.

Bildirilib ki, rayonunun sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar- işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur. Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri də həyata keçirilir. BŞİH-dən vurğulanıb ki, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər göndərilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax