Operativ Məlumat Mərkəzi

Bakının Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Bakının Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılacaq
Sabah saat 00:00-dan avqustun 9-u saat 09:00-a qədər Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində (Cəfər Xəndan küçəsindən Ziya Bünyadov...

Sabah saat 00:00-dan avqustun 9-u saat 09:00-a qədər Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində (Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər