Operativ Məlumat Mərkəzi

Bakıda tunellərin su ilə dolması səbəbindən avtobusların hərəkət istiqaməti dəyişdirilib - YENİLƏNİB

2 dəq
Paylaş:
Bakıda tunellərin su ilə dolması səbəbindən avtobusların hərəkət istiqaməti dəyişdirilib - YENİLƏNİB
Yağıntılı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərdə ictimai nəqliyyatın hərəkətində ləngimələr və intervallarda artım maşahidə...

Yağıntılı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərdə ictimai nəqliyyatın hərəkətində ləngimələr və intervallarda artım maşahidə olunub. Bir sıra müntəzəm marşrutların hərəkət sxemində məcburi dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumüta görə, Zağulba-Mərdakən şosesindəki və Asif Əsədullayev küçəsində tunellər bağlı olduğundan 144 və 214 nömrəli marşrut avtobusları alternativ yollarnan hərəkət edib.

***

Bakıda intensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.

161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.

Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu” stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.

"Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", deyə agentlik bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər