Operativ Məlumat Mərkəzi

Bakıda Zərifə Əliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Bakıda Zərifə Əliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
İyulun 31-də saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir...

İyulun 31-də saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər