Operativ Məlumat Mərkəzi

Bakıda yük avtomobilinin üzərindəki texnika yolun hərəkət hissəsinə aşıb

1 dəq
Paylaş:
Bakıda yük avtomobilinin üzərindəki texnika yolun hərəkət hissəsinə aşıb
Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb. Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb.

Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər