Bakıda yerüstü piyada keçidinin inşasına start verilib

Bakıda yerüstü piyada keçidinin inşasına start verilib
01.05.2024 12:06
Aa
dəq

Bakıda Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yerüstü piyada keçidinin inşasına start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, piyada keçidi Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü km-də inşa olunur. Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,50, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Həftənin ən çox oxunanları

Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib

Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib
DAVAMIN OXU davamın oxu

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib

DAVAMIN OXU davamın oxu

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb
DAVAMIN OXU davamın oxu

Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
DAVAMIN OXU davamın oxu