Operativ Məlumat Mərkəzi

Bakıda yanğın nəticəsində 1 nəfər ölüb

1 dəq
Paylaş:
Bakıda yanğın nəticəsində 1 nəfər ölüb
Bakıda yanğın olub, ölən var. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Bakı şəhərinin Sabunçu...

Bakıda yanğın olub, ölən var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 48 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər