VI və IX siniflər üzrə monitorinq keçirilib

VI və IX siniflər üzrə monitorinq keçirilib
30.10.2023 12:57
Aa
dəq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VI və IX sinifləri üzrə monitorinq keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə keçirilən monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparılıb.

Təhsilalanlara tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinq prosesinin gedişatını izləyib.

Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.

Həftənin ən çox oxunanları

Üç mindən çox müəllim təkrar sertifikasiyadan keçib

Üç mindən çox müəllim təkrar sertifikasiyadan keçib
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
DAVAMIN OXU davamın oxu

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib
DAVAMIN OXU davamın oxu

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu