Bakıda və rayonlarda leysan yağıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hava proqnozu
-
Bu gün
20° 17°
yağış 87% -
Sabah
21° 20°
yağış 36% -
Birigün
22° 20°
Bildirilib ki, sentyabrın 12-si saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Balakən, Şəki, Qax, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.
Daşkəsən, Göygöl, Balakən, Şəki, Qax, Göyçayda duman müşahidə olunub.
Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 26 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.