Operativ Məlumat Mərkəzi

Bakıda ticarət dövriyyəsi artıb

1 dəq
Paylaş:
Bakıda ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 15 milyard 891,1 milyon manat təşkil edib. Bu barədə "Operativ Məlumat...

Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 15 milyard 891,1 milyon manat təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Hesabat dövründə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 0,6 % artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 10,5 % artaraq 6 milyard 775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər