Əsas məzmuna keç

Bakıda tapdığı silahı satmaq üçün özündə saxlayan şəxs tutulub

Bakıda tapdığı silahı satmaq üçün özündə saxlayan şəxs tutulub

Vətəndaşlarda olan silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini - 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…