Bakıda taksi sürücüsündən 21 kiloqram narkotik götürülüb

Bakıda taksi sürücüsündən 21 kiloqram narkotik götürülüb
25.12.2023 16:57
Aa
dəq

Bakıda polis narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı kuryer xidmətlərindən birinin işçisi paytaxt sakini Elvin Mustafayev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və idarə etdiyi motosikletdən 5 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan Suraxanı rayon sakini Rəşad Salmanov da saxlanılıb. Onun üzərindən və Bülbülə qəsəbəsindəki mənzilindən 21 kiloqram, o cümlədən 15 kiloqram heroin, 3 kiloqram metamfetamin, 3 kiloqram marixuana və narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar edilib. E.Mustafayev və R.Salmanov onlardan aşkar olunan narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə Qaradağ və Binəqədi rayonları ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.


Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu