Əsas məzmuna keç

Bakıda Putinə hansı yeməklər təqdim olunub? - MENYU AÇIQLANDI

Bakıda Putinə hansı yeməklər təqdim olunub? - MENYU AÇIQLANDI

Putinin Bakı səfərində təqdim edilən yemək menyusu: qara ikra, qutab, düşbərə və soyuq sup.

Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı keçirilən qəbulda təqdim olunan yemək menyusu açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yemək masasına qara ikra, kükü, qızardılmış badımcan salatı, qızardılmış düşbərə və soyuq sup düzülüb.

Bundan başqa, ət və göy qutabları da ali qonağın şərəfinə menyuda yer alıb. Rusiya lideri milli mətbəximizdən yarpaq dolmasının da dadına baxıb.

Menyuda qızardılmış alabalıq da olub. Bundan başqa, masaya təndirdə qızardılmış keçi də gətirilib.

Milli şirniyyatların da yer aldığı menyuda şərablar da yerli olub.

Bakıda Putinə hansı yeməklər təqdim olunub? - MENYU AÇIQLANDI

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #bakı#qutab#menyu
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…