Əsas məzmuna keç

Bakıda sürücünün avtomobilindən külli miqdarda marixuana aşkarlanıb

Bakıda sürücünün avtomobilindən külli miqdarda marixuana aşkarlanıb

Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında olan sürücünün avtobilindən külli miqdarda marixuana aşkarlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, paytaxt sakini 2003-cü il təvəllüdlün Quluzadənin idarə etdiyi “Khazar SD” markalı, 99-PZ-630 dövlət qeydiyyat nişanlı vasitəsi Binəqədi rayonu ərazisində şöbə əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Quluzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib.

Sürücü izahatında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb edildiyini və həmin şəxsin ölkəyə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri qəbul etdiyini bildirib. Ə.Quluzadənin avtomobilinə baxış zamanı oradan satış üçün 35 ədəd kibrit qutusunda qablaşdırılan külli miqdarda marixuana aşkar edilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…