Operativ Məlumat Mərkəzi

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib

1 dəq
Paylaş:
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin...

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb. Həmin obyekt sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər