Əsas məzmuna keç

Bakıda küləyin sürəti 28 m/s-dək çatıb - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 28 m/s-dək çatıb - FAKTİKİ HAVA

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 13:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron...

Ölkə ərazisində müşahidə edilən açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, saat 13:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…