Operativ Məlumat Mərkəzi

Bakıda keçmiş məhkumu qətlə yetirən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda keçmiş məhkumu qətlə yetirən şəxs saxlanılıb
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğlu müəyyən olunaraq saxlanılıb....

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğlu müəyyən olunaraq saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

17:55 ***

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər