Əsas məzmuna keç

Bakıda tibb müəssisələrinin qarşısında yeni minib-düşmə zonaları təşkil edilib

Bakıda tibb müəssisələrinin qarşısında yeni minib-düşmə zonaları təşkil edilib

Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrindəki parklanma yerlərinin bir qismi ləğv edilərək xəstəxanalara gələn vətəndaşlar üçün yeni imkanlar yaradılıb.

en ru

şəhərinin Həsən bəy Zərdabi və Kazımzadə küçələrində yerləşən küçə parklanma yerlərinin bir hissəsi ləğv olunub. Yerüstü Agentliyindən (AYNA) verilən məlumata görə, bu addım yaxınlıqdakı tibb müəssisələrinə müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə atılıb.

Dəyişikliklər çərçivəsində aşağıdakı tədbirlər görülüb:

  • Nəsirəddin Tusi adına Klinika və Mərkəzi Gömrük Hospitalının qarşısında “3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılaraq xüsusi minib-düşmə yerləri təşkil olunub.
  • Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları yerləşdirilərək taksilərin sərnişinləri təhlükəsiz şəkildə düşürmələri üçün şərait yaradılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…