Bakıda hoteldə yanğın olub, ana və körpəsi xilas edilib

Bakıda hoteldə yanğın olub, ana və körpəsi xilas edilib
13.02.2024 08:37
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4 500 kv.m olan beşmərtəbəli hotelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və 2 p.m. elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hotel binası yanğından mühafizə olunub.

Həftənin ən çox oxunanları

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

İsveçrə “Avroviziya-2024”ün qalibi olub

İsveçrə “Avroviziya-2024”ün qalibi olub
DAVAMIN OXU davamın oxu

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
DAVAMIN OXU davamın oxu