Bakıda havanın temperaturu normadan 5 dərəcə yuxarı olub

Bakıda havanın temperaturu normadan 5 dərəcə yuxarı olub
22.04.2023 11:45
Aa
dəq

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin faktiki hava ilə bağlı yaydığı məlumatda bildirilir.

Yağan yağıntının miqdarı: Göytəpədə (Cəlilabad) 23 mm, Ağdamda 13 mm, Daşkəsəndə 10 mm, Şahdağda 9 mm, Qaxda 7 mm, Culfa, Ordubadda 6 mm, Xaltan, Gədəbəy, Balakən, Şəki, Qusar, Qrız, Gəncə, İsmayıllı, Quba, Tərtər, Göyçay, Zərdab, Şərur, Şahbuz, Sədərək, Şəmkir, Ağstafa, Qəbələ, Zaqatala, Göygöl, Bərdə, Biləsuvar, Yevlax, Naxçıvan, Naftalan, Qobustan, Mingəçevir, Kürdəmir, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Aprelin 21-i saat 18:40 radələrində Cəlilabadda diametri 0.8 mm (vizual müşahidələrə əsasən) olan dolu düşüb.

imal-qərb küləyi arabir Göytəpədə 28 m/s, Göyçayda 24 m/s, Daşkəsəndə 23 m/s, Gəncə, Tərtər, Naftalanda 22 m/s, Mingəçevirdə 21 m/s, Ağdam, Şahdağda 20 m/s, Naxçıvan, Şəkidə 18 m/s, Beyləqan, Qrızda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib.

Sumqayıt, Şamaxı, Quba, Qrız, Göyçay, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu aprelin 21-də Bakıda iqlim normasından 5.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-24° isti, Naxçıvanda 17-24° isti, dağlıq rayonlarda 18°-dək isti, aran rayonlarında 26-28° isti olub.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu