Bakıda obyektdəki yanğın tam söndürülüb - VİDEO - FOTO - YENİLƏNİB

Bakıda obyektdəki yanğın tam söndürülüb - VİDEO - FOTO - YENİLƏNİB
30.08.2024 17:45
Aa
dəq

Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür, yaxınlıqdakı insanlar təxliyə olunur.

Məlumata görə, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə fəaliyyəti ilə yanğının məhdudlaşdırılması üzrə işlər aparılır.

***

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu