Operativ Məlumat Mərkəzi

Bakıda əl qumbaraları və partladıcılar aşkarlanıb

1 dəq
Paylaş:
Bakıda əl qumbaraları və partladıcılar aşkarlanıb
bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə...

Bakı şəhərinin Yasamal rayonunda sursat aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQ-42, 1 ədəd RQN-D, 1 ədəd F-1 və 1 ədəd RQN əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 1 ədəd UDZ partladıcı və 1 ədəd RQD-5 təlim üçün əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər