Operativ Məlumat Mərkəzi

Bakıda daha bir prospektdə sürət həddi endirilib

1 dəq
Paylaş:
Bakıda daha bir prospektdə sürət həddi endirilib
Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və...

Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.

Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər