Bakıda daha 170 avtobus xidmət göstərəcək

Bakıda daha 170 avtobus xidmət göstərəcək
12.09.2024 17:43
Aa
dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayını artılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb ediləcək. 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Bundan əlavə, Sumqayıt şəhəri və Abşeron rayonunda 2023-cü ilin sentyabr ayı ilə müqayisədə sərnişindaşımaya əlavə olaraq 75 avtobus cəlb edilib. Sumqayıt şəhəri və Abşeron rayonuna aid marşrutlar üzrə yay aylarında 370-390 avtobus itismar edilirdisə, tədris mövsümü ilə əlaqədar avtobus sayı 486-ya çatdırılıb.

Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti addım atılır.

Həftənin ən çox oxunanları

Sabahdan yeni ekspres marşrut fəaliyyətə başlayır

Sabahdan yeni ekspres marşrut fəaliyyətə başlayır
DAVAMIN OXU davamın oxu

Yengicə su anbarında tikinti işləri davam edir - FOTO

Yengicə su anbarında tikinti işləri davam edir - FOTO
DAVAMIN OXU davamın oxu

Ötən gün rekord sayda sərnişin daşınıb

Ötən gün rekord sayda sərnişin daşınıb
DAVAMIN OXU davamın oxu

Bakıda bu yol bağlandı - FOTO

Bakıda bu yol bağlandı - FOTO
DAVAMIN OXU davamın oxu

Metroda qatarların hərəkəti ləngidi

Metroda qatarların hərəkəti ləngidi
DAVAMIN OXU davamın oxu