Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda bazar günü intensiv yağış yağacaq

1 dəq
Paylaş:
Bakıda bazar günü intensiv yağış yağacaq

Bakıda və yarımadasında iyunun 7-si günün birinci yarısında arabir yağacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, yarımadanın -ayrı yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 9-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax