Bakıda axtarışda olan şəxs polis əməkdaşını qətlə yetirib

Bakıda axtarışda olan şəxs polis əməkdaşını qətlə yetirib
07.07.2024 07:18
Aa
dəq

İyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum olunmuş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirərək qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.

Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Sabunçuda 16 yaşlı gənc qətlə yetirilib

Sabunçuda 16 yaşlı gənc qətlə yetirilib
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərdən 12 kiloqram narkotik vasitə aşkarlanıb

Bakıda iki nəfərdən 12 kiloqram narkotik vasitə aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Bakıda narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər həbs edilib

Bakıda narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər həbs edilib
DAVAMIN OXU davamın oxu

Bakıda əməliyyat, narkobaron SAXLANILDI - FOTO

Bakıda əməliyyat, narkobaron SAXLANILDI - FOTO
DAVAMIN OXU davamın oxu