Əsas məzmuna keç

Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb

Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb

Bakıda avtomobildə 32 kq narkotik aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədən çıxarılıb.

Belə ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanov rayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq, qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan tutulub. Narkotik vasitələr həmin şəxs saxlanılarkən onun idarə etdiyi vasitəsindən aşkarlanıb.

K.Salmanov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Faktla bağlı başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.

Ölkə ərazisində əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…