Bakıda Avropa Ravvinlərinin Konfransı keçiriləcək

Bakıda Avropa Ravvinlərinin Konfransı keçiriləcək
03.08.2023 12:14
Aa
dəq

Avropa ölkələrindən olan yüzlərlə ravvin noyabrın 12-dən 15-dək Bakıda Avropa ravvinlərinin iki ildən bir keçirilən konfransında iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “Jewish News Syndicate”ə istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə keçiriləcək konfransda 500-ə yaxın avropalı ravvinin iştirakı gözlənilir.

“Azərbaycan yəhudi xalqı üçün xüsusi ölkədir və dünyada ən nadir yəhudi icmalarından biri məhz burada yaşayır”, - bu ilin əvvəlində Azərbaycanda səfərdə olan və Prezident İlham Əliyev tərəfindən qəbul edilən Avropa Ravvinləri Konfransının prezidenti ravvin Pinhas Qoldşmit bildirib.

Konfransın əsas mövzusu dini etiqad azadlığı və yəhudi icmalarının fəaliyyəti ilə bağlı məsələlər olacaq.

Avropalı ravvinlər həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubaya səfər edəcək.

Nəşrin məlumatına görə, bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik sıx əlaqələrdən irəli gələn misilsiz strateji tərəfdaşlığın təzahürüdür. Tədbir də İsraillə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi fonunda təşkil olunacaq.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu