Əsas məzmuna keç

Bakıda 10 yaşlı uşağı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda 10 yaşlı uşağı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda 10 yaşlı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhimliyə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş yolunda sürücülük hüququ olmayan paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli idarə etdiyi avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Könül Sadıxovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü ( və ya vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…