Bakı-Xırdalan-Bakı istiqamətində əlavə ikinci qatar reysə buraxılacaq - CƏDVƏL

Bakı-Xırdalan-Bakı istiqamətində əlavə ikinci qatar reysə buraxılacaq - CƏDVƏL
09.03.2023 17:17
Aa
dəq

“Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) martın 11-dən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə əlavə ikinci qatarı reysə buraxacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" quruma istinadən xəbər verir ki, bununla sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılması təmin ediləcək, turniketlərdə sıxlıq əhəmiyyətli dərəcədə azaldacaq.

Bundan başqa, səhmdar cəmiyyəti qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin vaxtında mənzil başına çatdırılması, sərnişin sıxlığının qismən tənzimlənməsi üçün martın 11-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlini dəyişəcək. Yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalından, Abşeron dairəvi dəmir yolu üzrə stansiya və dayanacaqlardan, həmçinin elektrik qatarların monitorlarından əldə etmək olar.

Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir.

ADY sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu