Operativ Məlumat Mərkəzi

Bakı və Qubada biri hamilə olmaqla 2 qadın dəm qazından zəhərlənib cancel

1 dəq
Paylaş:
Bakı və Qubada biri hamilə olmaqla 2 qadın dəm qazından zəhərlənib cancel
Yasamalda 1950-ci il təvəllüdlü Vera İvanovna Binyatovanın yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib. O, həmin vaxt evdə olan nəvəsi...

Bakının Yasamal rayonunda 74 yaşlı, Quba şəhərində isə 27 yaşlı hamilə qadın dəm qazından zəhərlənərək ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yasamalda 1950-ci il təvəllüdlü Vera İvanovna Binyatovanın yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib. O, həmin vaxt evdə olan nəvəsi tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.

Bundan başqa, Qubada 2 azyaşlı uşağı olan 4 aylıq hamilə Niftəliyeva Fidan Əbil qızı hamam otağına sızan dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər