Operativ Məlumat Mərkəzi

Bakı və Abşeronda külək güclənib, Quba və Ordubada qar yağıb – FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bakı və Abşeronda külək güclənib, Quba və Ordubada qar yağıb – FAKTİKİ HAVA
Saat 8-ə olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunur. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Saat 8-ə olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, əksər rayonlarda isə 16 m/s-a çatıb.

Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,8 metr olub. Quba, Ordubada qarın hündürlüyü 1 santimetr olub.

Ölkə ərazisində müşahidə olunan güclü külək günorta saatlarında tədricən mülayimləşəcək. Yağıntılı hava şəraiti isə yanvarın 12-si səhərədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər