Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub

Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub
01.12.2023 11:24
Aa
dəq

Bakı Mühəndislik Universitetinə (BMU) elmi işlər üzrə yeni prorektor təyin olunub.


"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Ağası Məlikov universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyinat alıb.

BMU-nun rektoru Yaqub Piriyev yeni prorektoru kollektivə təqdim edib.

Bildirilib ki, Ağası Məlikov Bakı Dövlət Universitetinin riyaziyyat fakutəsini bitirib, Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Ukrayna Milli Elmlər Akademiyasının akademiki V.S.Korolyukun rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini alıb və bir sıra nüfuzlu ali təhsil ocaqlarında professor kimi fəaliyyət göstərib.

Nüfuzlu elmmetrik bazalarda indekslənən, həmçinin tanınmış elmi jurnallarda dərc edilən 250-dən artıq elmi əsərlərin müəllifi olan Ağası Məlikov 18 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlayıb. Onun elmi məqalələrinə istinad sayı 1200-dən artıq, H-indeksi (Hirş indeksi) 18-dən yüksəkdir. Azərbaycan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Kompüter elmləri üzrə Elmi Şuranın sədr müavini olan alim bir sıra mühüm elmi nailiyyətlər əldə edib.

Qeyd olunub ki, Ağası Məlikov bu təyinata qədər Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb.

Yaqub Piriyev BMU-nun elmi-tədqiqat sahəsində qarşısında duran vəzifələri vurğulayıb və bu sahədə böyük təcrübəsi olan yeni prorektora fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində Ağası Məlikov ona göstərilən etimadı doğrultmağa çalışacağını, universitetin elmi-tədqiqat sahəsində inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu