Əsas məzmuna keç

Bakı metrosunun iş vaxtı bir saat uzadılıb

Bakı metrosunun iş vaxtı bir saat uzadılıb

bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq...

Ümummilli Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə metropoliteninin iş vaxtı bir saat uzadılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq.

Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların buraxılması qaydası diqqətdə saxlanılacaq. Zərurət yaranacağı təqdirdə qatarlar xəttə veriləcək.

Axşam saatlarından başlayaraq şəhər mərkəzi və kütləvi tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…