Bakı İlahiyyat Kollecinin yeni loqosu məlum olub

Bakı İlahiyyat Kollecinin yeni loqosu məlum olub
02.07.2024 18:31
Aa
dəq

Dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli müvafiq qərarı ilə “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında yaradılmış Kollecin loqosunun müəyyənləşməsi üçün 27 may 2024-cü il tarixində müsabiqə elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məqsədlə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucovdan ibarət komissiya təşkil edilib.

Loqo müsabiqəsi ilə əlaqədar keçirilən iclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb.

Qeyd edək ki, müsabiqəyə 15 müəllif tərəfindən 22 loqo nümunəsi təqdim edilib. Elan edilən parametrlər üzrə qiymətləndirmədən sonra, Bəhruz Əliyevin təqdim etdiyi loqo nümunəsinin Bakı İlahiyyat Kollecinin məqsəd və məramını daha yaxşı əks etdirməsi müəyyən olunub. Belə ki, loqonun sağ və sol hissəsində əks olunan günbəzlər insanlar arasında həmrəyliyi, kitab elmin əsas qaynağını, səkkiz güşəli ulduz Azərbaycanın dövlət bayrağında və gerbində istifadə olunan simvolu ifadə edir. Qədim və tarixi simvol olan Qız Qalasının təsviri isə kollecin Bakıda yerləşməsi ilə əlaqədardır.

Loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Bəhruz Əliyev mükafatlandırılıb.

Həftənin ən çox oxunanları

Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub

Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub
DAVAMIN OXU davamın oxu

Bu il 1066 tələbə SABAH qruplarının məzunu olub

Bu il 1066 tələbə SABAH qruplarının məzunu olub
DAVAMIN OXU davamın oxu

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı məlum olub

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı məlum olub
DAVAMIN OXU davamın oxu

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
DAVAMIN OXU davamın oxu

Magistratura imtahanının nəticələri açıqlanıb

Magistratura imtahanının nəticələri açıqlanıb
DAVAMIN OXU davamın oxu