Əsas məzmuna keç

Bakı hava limanında Novruz sehri: xalçalar, təyyarələr və milli dəyərlər

Bakı hava limanında Novruz sehri: xalçalar, təyyarələr və milli dəyərlər

Novruz bayramı ərəfəsində Heydər Əliyev Beynəlxalq Aeroportu milli mədəni dəyərlərin aviasiya elementləri ilə qovuşduğu heyrətamiz məkana çevrilib....

Novruz bayramı ərəfəsində Beynəlxalq Aeroportu milli mədəni dəyərlərin aviasiya elementləri ilə qovuşduğu heyrətamiz məkana çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, “ Hava Yolları” QSC ilə “Azərxalça” ASC arasında əməkdaşlıq çərçivəsində aeroportunun ərazisində Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən unikal instalyasiyalar yaradılıb. Milli irsimizin əsas rəmzi hesab olunan elementlərindən ilhamlanan Novruz dekorları mədəniyyətimizin rəngarəngliyi və zənginliyini nümayiş etdirir. Burada quraşdırılan lövhələr qonaqlara və sərnişinlərə bu sənət nümunələrini bəzəyən naxış və təsvirlərin tarixindən, xüsusiyyətlərindən xəbər verir.

Bakı aeroportuna daxil olarkən qonaqları sehr və fantaziya dünyasına aparan mistik hava nəqliyyatı - açıq səma altında “uçan xalça” instalyasiyası qarşılayır. Buradakı unikal ab-hava hər bir ziyarətçiyə milli adət-ənənələrin və dəyərlərin ecazkar aləminə qərq olmaq, ölkəmizin mədəni irsi ilə tanış olmaq imkanı yaradacaq.

Azərbaycanın qədim xalq sənətlərindən biri olan xalçaçılıq ölkəmizin müxtəlif yerlərində yaşayan mahir xalçaçı qadınların sayəsində nəsildən-nəslə ötürülür. Onların xalçaçılıqda əməyinin dəstəklənməsi və tanınması bu dəyərli irsin gələcək nəsillər üçün qorunub saxlanması istiqamətində mühüm addımdır.

Ənənə ilə müasirliyin qovuşduğu Heydər Əliyev Beynəlxalq Aeroportuna xoş gəlmişsiniz. Novruz bayramınız mübarək!

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…