Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin ikinci iclası keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlərin görüşü Azərbaycanın paytaxtında sentyabrın 6-dan 8-dək keçiriləcək.
Həmçinin noyabrın 7-dən 10-dək Bakıda TDT ölkələrinin gənclər və idman nazirlərinin görüşü keçiriləcək.