Əsas məzmuna keç

Bakıda piyadaları vuraraq öldürən sürücülər hadisə yerindən qaçıblar

Bakıda piyadaları vuraraq öldürən sürücülər hadisə yerindən qaçıblar

Bakıda piyadaların ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində sürücü idarə dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını hadisə yerindən qaçıb.

Piyada S.Məlikova xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilərək saxlanılıb.

Bundan başqa naməlum sürücü idarə etdiyi avtomobillə Sabunçu qəsəbəsi ərazisində hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…