Əsas məzmuna keç

Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır

Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır

Mayın 22-dən təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səbəb 2023-2024-cü ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…