“Azərbaycan təkcə regionda deyil, qlobal səviyyədə sülhün və sabitliyin təmin olunması məqsədilə bütün mühüm sahələrdə səylərin və imkanların səfərbər edilməsi üçün ciddi addımlar atır”.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM-ə açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan qlobal səviyyədə Avropa İttifaqının enerji təhlükəsizliyində vacib strateji tərəfdaşıdır.
“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın tarixinə nəzər salsaq görərik ki, 2006-cı il Azərbaycan və Aİ arasında "Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması ilə başlayan enerji münasibətləri, bu ilin yayında imzalanmış enerji sahəsində "Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" ilə daha da genişlənib”.
Yeganə Hacıyeva bildirib ki, 2022-ci ildə Avropa İttifaqı ölkələri Azərbaycandan 15,599 milyard avro təbii qaz ixrac etmişdir ki, bu göstərici ondan öncəki illə müqayisədə 4 dəfə çoxdur. 2023-cü ilin birinci yarısında Avropa İttifaqı ölkələrinin Azərbaycandan qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 9% artmışdır.
“Yerləşdiyimiz regionun strateji açar bəndi kimi Mərkəzi Asiyanın 10-a yaxın ölkəsi üçün Avropaya giriş qapısı rolunu icra edirik. Azərbaycan geostrateji mövqeyi ilə tarixən Avropa ilə Asiya arasında körpü rolunu oynayır".
Sevil Qəmbərli