Bakıda partlayış baş vermiş mebel sexində qazlaşdırma aparılmayıb - AÇIQLAMA

Bakıda partlayış baş vermiş mebel sexində qazlaşdırma aparılmayıb - AÇIQLAMA
19.01.2024 13:25
Aa
dəq

Bakıda partlayış baş verən mebel sexinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşdırma həyata keçirilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı partlayışın təbii qazdan olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

“Biz dəfələrlə demişik ki, təbii qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisədir. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin açıqlamasında belə partlayışın qazdan baş verməsinə dair heç bir açıqlama olmayıb.

"Biz mütəxəssis olmadığımız üçün o cür partlayışın qazdan olub-olmaması sualına cavab verə bilməyəcəyik. Ancaq bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan “Təmiz Qaz”ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçirdilər”, - E. Vəliyev bildirib.

Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu