Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan kinosu Berlində: "Zəfər rəqsi" filmi nümayiş olundu

2 dəq
Paylaş:
Azərbaycan kinosu Berlində: "Zəfər rəqsi" filmi nümayiş olundu

Berlində Kino Günləri baş tutub. Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi, Azərbaycanın Almaniyadakı SəfirliyiBerlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir, milli kinomuzu Avropa auditoriyasına təqdim edib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu mədəni hadisə çərçivəsində əsas diqqət mərkəzində " rəqsi" olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən İsa Məmmədov tədbirin missiyasını açıqlayıb. O, Azərbaycan kinosunun məkanda tanıdılmasının və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Xalq artisti Zəki çıxışında yerli kinematoqrafiyanın son illərdə qazandığı uğurlara toxunub. O, müasir kino nümunələrinin xarici tamaşaçılarla birbaşa təmasının vacibliyindən danışıb.

Filmin ideya müəllifi, "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva isə ekran əsərinin beynəlxalq nümayişinin məhz Berlin şəhərindən başlamasının rəmzi mənasını qeyd edib.

Tədbirin rəsmi hissəsi və kino nümayişindən sonra iştirakçılar üçün xüsusi şəbəkələşmə görüşü təşkil olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax