Əsas məzmuna keç

Azərbaycan nefti 86 dolları ötdü

Azərbaycan nefti 86 dolları ötdü

"Azeri Light" markalı xam yanacağın dəyəri kəskin artaraq Brent-i geridə qoydu. SOCAR-ın hasil etdiyi neftin son qiyməti dövlət büdcəsi proqnozunu xeyli üstələyir.

ru en

Dünya bazarında " " markalı neftinin 1 barelinin qiyməti kəskin bahalaşaraq 86,16 ABŞ dolları səviyyəsinə çatıb. Qiymət artımı 6,56 ABŞ dolları və ya 8,2 % təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların son nəticələrinə əsasən, "" markalı neftin may fyuçerslərinin qiyməti 84,87 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında (FOB bazasında) "Azeri Light" neftinin satış qiyməti isə 6,14 ABŞ dolları (və ya 8 %) 82,93 ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Tarixi statistikaya nəzər salsaq, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il 21 apreldə (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Həmin müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…