Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan Qlobal Terrorizm İndeksi 2026-da yerini qorudu

3 dəq
Paylaş:
Azərbaycan Qlobal Terrorizm İndeksi 2026-da yerini qorudu

"Global Terrorism Index 2026" (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Qeyd olunan sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0.233" indekslə 90-cı reytinq mövqeyində olan 2026-cı ildə üç reytinq də yüksələrək "0.123" indekslə 93-cü yerdə qərarlaşmış, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

"Global Terrorism Index" (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanan "Global Terrorism Index" hesabatları Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), , digər beynəlxalq təşkilatlar və beynəlxalq akademik institutlar üçün istinad mənbəyi kimi çıxış edir. Hesabatlar eyni zamanda ölkələrə geniş iqtisadi infrastrukturda yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, dini, siyasi, milli və digər zəminlərdə terror-təxribat təhdidlərinin yüksək olduğu kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu daxili və xarici dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax